Milli komandamız çətin vəziyyətdə: 5 futbolçu hərbi xidmətə aparılıb

Milli komandamız çətin vəziyyətdə: 5 futbolçu hərbi xidmətə aparılıb

Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlaşan U-19 Azərbaycan milli komandası çətin vəziyyətlə üzləşib.

Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektivin 5 əsas futbolçusu həqiqi hərbi xidmətə cəlb olunub.

Çıxılmaz vəziyyətə düşən gənc mütəxəssis noyabrın 15-də Bosniya və Herseqovina yığması ilə matçda Hacıəli Şirəliyev, Lətif Rzayev, İbrahim Ağayarov, Samir Ağayev və Murad Musayevin xidmətindən istifadə edə bilməyəcək.

Mediasport.az saytının əldə etdiyi məlumata görə, AFFA futbolçulara möhlət verilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, müsbət cavab almayıb.

Millimizin qrupda digər rəqibləri Niderland və Lüksemburq komandaları olacaqlar.