Milli komandamız yoxlama matçında "Qalatasaray"a qalib gəlib
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan milliləri növbəti yoxlama oyunlarını keçiriblər.
Mediasport.az xəbər verir ki, yığmalarımız Evren Alkayanın rəhbərliyi altında keçirdiyi 8 görüşün yalnız birində uduzub.
"Qalatasaray"ın U-16 komandasına (65:54) qalib gələn komandamız "Emlak Konut"a (54:66) məğlub olub.
Millimiz "Besaş" (82:56) və "Bursa Uludağ" (69:57) üzərində də qələbə qazanıb.
U-18 yığmamız "Besaş" (72:61), "Bursa Uludağ" (84:70) və "İstanbul Allstar" (75:74) klublarından üstün olub.
U-14 isə "Darruşafaka"ya şans verməyib - 78:48.
Qeyd edək ki, komandalar ümumilikdə təlim-məşq toplanışında keçirilmiş yoxlama matçlarında 14 qələbə və 1 məğlubiyyət əldə ediblər.