Milli komandamızın kapitanından təqdirəlayiq addım - FOTOLAR

Milli komandamızın kapitanından təqdirəlayiq addım - FOTOLAR

ƏMANƏT - Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsi Təşkilatı 28 May - Müstəqillik Günü və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün tədbir təşkil edib.

Təşkilatdan mediasport.az saytına verilən məlumata görə, paytaxtın əyləncə mərkəzlərindən birində keçirilən tədbirdə şəhid və qazi övladları, ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Əmanətlər üçün müxtəlif əyləncə proqramları nümayiş olunub, həmçinin qəhrəmanların yadigarları 28 May - Müstəqillik Günü münasibətilə hazırladıqları şeirləri ifa ediblər.

Balacaların xoş anlarına futbol üzrə Azərbaycan milli komandası və "Neftçi"nin kapitanı Emin Mahmudov da şərik olub. Təcrübəli futbolçu əmanətlərlə birgə maraqlı vaxt keçirib, balacalarla əyləncəli, müxtəlif oyunlar oynayıb. Mahmudov sonda qəhrəmanların övladları ilə xatirə şəkilləri çəkdirib.