Azərbaycan milliləri növbəti görüşlərini keçirəcəklər
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcək.
Mediasport.az xəbər verir ki, kişilərdən ibarət yığmamız 2-ci turda Fransa seçməsi ilə münasibətlərini aydınlaşdıracaq.
Qadın komandamızın rəqibi isə Avstraliya millisi olacaq.
Xatırladaq ki, kişilərdən ibarət yığmamız yarışa İordaniya üzərində qələbə (3,5:0,5) qələbə ilə başlayıb.
Qadınlardan ibarət komandamız isə Nikaraquanı 4:0 hesabı ilə məğlub edib.
Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.
Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.