Dünya çempionatında Azərbaycanı 15 şahmatçı təmsil edəcək
Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək şahmatçıların adları müəyyənləşib.
Mediasport.az xəbər verir ki, dekabrın 25-də start veriləcək mundialda ölkəmizin 15 zəka sahibi mübarizə aparacaq.
DÇ-də Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova və Xəyalə Abdulla iştirak edəcəklər.
İlin son şahmat yarışına dekabrın 31-də yekun vurulacaq.