Millimiz biabrçı hesabla uduzdu

  Millimiz biabrçı hesabla uduzdu

15 yaşadək (U-15) qızlardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə keçirilən UEFA İnkişaf Turnirində bu dəfə də uduzub.

Mediasport.az xəbər verir ki, yığma Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyaya 0:9 hesabı ilə məğlub olub.

U-15 buna qədər Belarusa 1:8, Özbəkistana isə 1:2 hesabı ilə yenilib.