Qazaxıstanda oynayan futbolçu Azərbaycan millisindən imtina edib

Qazaxıstanda oynayan futbolçu Azərbaycan millisindən imtina edib

"Xəbər yayılıb ki, məni Azərbaycan millisində görmək istəyirlər. Belə diqqətə görə məmnunam".

Mediasport.az xəbər verir ki, bu sözləri Qazaxıstanın "Jenis" klubunun futbolçusu Raul Allahverdiyev deyib.

Gənc yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlama verib. 17 yaşlı Rauf Azərbaycan yığmasında oynamaqdan təklifi aldığını bildirsə də, seçimini Qazaxıstandan yana edəcəyini açıqlayıb:

"Mən Qazaxıstanın gənclər yığmasının futbolçusuyam. 15 yaşımdan "Jenis" klubunda peşəkar debüt etmişəm. Bu klubu və Qazaxıstanı özümə doğma ev hesab edirəm. Qazaxıstanın milli komandasında oynamaq istəyirəm".

Qeyd edək ki, Raul Allahverdiyev "Jenis"də ümumilikdə 46 oyun keçirib, 4 qol və 3 qol ötürməsilə seçilib.