Yığmamız Monqolustan seçməsini son dəqiqə qolu ilə məğlub edib

Yığmamız Monqolustan seçməsini son dəqiqə qolu ilə məğlub edib

Futbol üzrə Azərbaycan milli komandası bu gün Bakıda start götürəcək “FİFA series - Edition 2024” layihəsi çərçivəsində ilk matçına çıxıb.

Mediasport.az xəbər verir ki, ilk dəfə məhz ölkəmizdə təşkil olunacaq turnirdə Arif Əsədovun rəhbərlik edəcəyi komandamızın birinci rəqibi Monqolustan yığması olub.

Bu görüşə qədər isə paytaxtımızda qonaq olan daha iki kollektiv - Tanzaniya və Bolqarıstan seçmələri üz-üzə gəlib.

Qeyd edək ki, futbolçularımız martın 25-də Bolqarıstan millisi ilə qarşılaşıb.


“FİFA series - Edition 2024”


Tanzaniya - Bolqarıstan 0:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Azərbaycan).

Mərdəkan, "Liv Bona Dea Arena". 17:00.


Azərbaycan - Monqolustan 1:0

Qol: Bəhlul Mustafazdə, 90+1.

Baş hakim: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə), Fəridə Lütfəliyeva (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu. 20:00.

Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev, 10. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 19. Filip Ozobiç, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.

Məşqçi: Arif Əsədov.

Monqolustan: 1. Mönk-Erden Enktaivan (Q), 17. Dulqun Amaraa, 3. Bayartsengel Purevdorj, 12. Munk-Orgil Orkon, 5. Filip Çinzoriq, 2. Uuganbat Bat-Erden, 8. Batmuk Balyinnyam, 6. Amgalanbat Batbaatar, 4. Bat-Orgil Gerelt-Od, 18. Uuganbayar Purevsuren, 9. Oyunbaatarin Mijiddor.

Baş məşqçi: İçiro Otsuka.