Renat Dadaşov qol vursa da, komandası evdə məğlub olub

Renat Dadaşov qol vursa da, komandası evdə məğlub olub

Azərbaycan yığma komandasının hücumçusu Renat Dadaşov Türkiyə Superliqasında növbəti qolunu vurub.

Mediasport.az xəbər verir ki, 24 yaşlı forvard formasını geyindiyi "Hatayspor"un heyətində 10-cu turun "Kayserispor"la matçında fərqlənib.

Lakin Türkiyədə 2-ci qolunu vuran Renatın komandası doğma meydanda məğlubiyyətdən qaça bilməyib - 1:2.