Ramil Şeydayevin "Kocaelispor" karyerası rəsmən başa çatdı
Türkiyənin "Kocaelispor" klubu Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, I Liqa təmsilçisi 28 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Yığmamızın forvardının "Neftçi" yə keçəcəyi gözlənilir.
Xatırladaq ki, Şeydayev Kocaeli təmsilçisində bu ilin yanvarından forma geyinirdi.