Millimiz mübarizəyə başlayır
17 yaşadək qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 1-ci seçmə mərhələsində mübarizəyə başlayır.
Mediasport.az xəbər verir ki, U-17-nin Serbiya yığması ilə görüşünü uelsli baş hakim idarə edəcək.
Matç Lüksemburqun Bettemburq şəhərində yerləşən "Munisipial" stadionunda təşkil olunacaq.
Avropa çempionatının 1-ci seçmə mərhələsi. İlk oyun
21:00 Serbiya (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Şarlotta Karpenter (Uels).
Baş hakimin köməkçiləri: Mişel Ceyn Portelli (Uels), Sopo Tsulaya (Gürcüstan).
Dördüncü hakim: Mzevinari Şarashanidze (Gürcüstan).
"Munisipial" stadionu, Bettemburq.