Millimiz bu dəfə az fərqlə uduzdu
15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.
Mediasport.az xəbər verir ki, yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Özbəkistan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 76-cı dəqiqədə Könül Hüseynova vurub.
Azərbaycan turnir çərçivəsində son oyununu 22 sentyabrda Rusiya yığmasına qarşı keçirəcək.
Millimiz buna qədər belaruslu yaşıdlarına (1:8), Özbəkistan isə Rusiyaya (0:9) uduzub.