Millimizin 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Millimizin 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə ilk yarımfinalçılar məlum olub.

Mediasport.az xəbər verir ki, Bakı Boks Mərkəzində 48, 51, 54, 60, 71, 75 və +92 kq çəkilərdə 1/4 final görüşləri keçirilib.

Mərhələ adlayanlar arasında Azərbaycan millisinin 3 boksçusu yer alıb.

Yarımfinala vəsiqə qazananlar ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, 7 komandanın iştirakı ilə keçirilən yarışın üçüncü günündə 16 görüş baş tutacaq. Turnirin qaliblərinin adlarına dekabrın 22-də aydınlıq gələcək.


1/4 final


48 kq

Abay Toleybekov (Qazaxıstan) – Ucal Musayev (Azərbaycan) 5:0

Muinxuja Muminov (Tacikistan) – Ramal Yolçiyev (Azərbaycan) 3:2

Rövşən Bünyatov (Azərbaycan) – Ayaz Tağızadə (Azərbaycan) 0:5

Fərid İsmayılzadə (Azərbaycan) – Bilalhəbəşi Nəzərov (Azərbaycan) 0:5


51 kq

Dias Berikbay (Qazaxıstan) – Bexultan Boranbek (Qazaxıstan) 1:4


54 kq

Anuşervon Fozilov (Tacikistan) – Favaz Aluhaybi (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib

Aydak Kadirxan (Qazaxıstan) – Müslim Davletkayev (Rusiya) 3:2

Yerasil Amanqaliyev (Qazaxıstan) – Qurban Həsənov (Rusiya) 5:0


60 kq

Orucəli Cavadzadə (Azərbaycan) – Bek Joldaşbek (Qazaxıstan) 0:5

Tofiq Zairov (Azərbaycan) – Vaqif Hacıyev (Azərbaycan) 5:0

Ayxan Heydərov (Azərbaycan) – Canarslan Temirbiyev (Rusiya) 0:5


71 kq

İbrahim Nəcəfov (Azərbaycan) – Ayxan Əliyev – ikinci tam üstünlüklə qalib gəlib


75 kq

Şerbek Şokirov (Özbəkistan) – Sanjar-Ali Beqaliv (Qazaxıstan) 0:5

Damir Sineyev (Qazaxıstan) – İmamrza Sadıxzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib


+92 kq

Maqomedxan Malaçiyev (Rusiya) – İlkin Məmmədli (Azərbaycan) 5:0