Azərbaycan yığmasının boksçuları Gürcüstanda 7 medal qazandılar

Azərbaycan yığmasının boksçuları Gürcüstanda 7 medal qazandılar

Azərbaycanın gənc boksçuları Gürcüstanın Qori şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.

MediaSport.az xəbər verir ki, milli komandamızın 8 idmançısından 7-si yarışda medal qazanıb.

Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.