Murad Allahverdiyev Rusiyada PRO boks gecəsinin qalibi olub

Murad Allahverdiyev Rusiyada PRO boks gecəsinin qalibi olub

Rusiyanın Soçi şəhərində İBA-nın təşkilatçılığı ilə PRO boks gecəsi keçirilib.

Mediasport.az xəbər verir ki, yarışda Azərbaycanı Murad Allahverdiyev təmsil edib.

80 kq çəkidə çıxış edən olimpiyaçımız rusiyalı Beşto Şavlayevlə qarşılaşıb.

6 raundluq döyüş boksçumuzun qələbəsi ilə başa çatıb.