Millimizin futbolçuları Superliqa üçün pley-off matçlarına başlayır
Bu gün Azərbaycan milli komandasının futbolçularının formasını geyindiyi kollektivlər Türkiyə Superliqasına vəsiqə uğrunda matçlara start verəcəklər.
Mediasport.az xəbər verir ki, 1-ci Liqada pley-off görüşləri çərçivəsində Ramil Şeydayevin heyətində çıxış etdiyi "Kocaelispor" "Çorum"la qarşılaşacaq.
Vüsal İsgəndərlinin oynadığı "Boluspor" isə "Bodrumspor"la üz-üzə gələcək.
Bu görüşlərdə qələbə qazanan komandalar növbəti mərhələdə bir-biri ilə yarışacaqlar.
Qalib tərəf mayın 30-da mini-finalda "Sakaryaspor"la münasibətlərini aydınlaşdıracaq və Superliqanın daha bir iştirakçısı müəyyənləşəcək.