Avropa çempionatı: Millimizin oyunlarının vaxtı müəyyənləşib
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında seçmə mərhələ oyunlarının təqvimi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu yığmamız 7-ci qrupda mübarizə aparacaq.
U-19 noyabrın 13-də İrlandiya, 16-da İslandiya, 19-da isə Moldova ilə qarşılaşacaq.
Raundun görüşləri Moldovada keçiriləcək.