Kloze: "Mahirə bəzi məsələləri iki-üç dəfə izah etməli oluruq"
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniya mətbuatına açıqlamasında komandanın hücumçusu Mahir Emreli ilə dialoqundan danışıb.
Mediasport.az xəbər verir ki, mütəxəssis azərbaycanlı futbolçunun çatışmazlıqlarını qeyd edib.
O, Emreli ilə ünsiyyətin asan olmadığını deyib:
"Ona etmədiyi bəzi məsələləri iki-üç dəfə izah etməli oluruq. Buna görə də o, tez-tez künc zərbələri zamanı və ya topu buraxmaq üçün harada durmaq barədə məsləhətlər alır. Mahirlə bu məsələlərlə bağlı danışırıq. Stefanos Tzimasla münasibəti yaxşılaşıb, amma hələ ki, bundan razı deyiləm”.
Qeyd edək ki, Emreli yayda "Nürnberq"lə bir illik müqavilə imzalayıb.