ABL-də ilin ilk matçı: Çempion Naxçıvan klubu ilə qarşılaşır

 ABL-də ilin ilk matçı: Çempion Naxçıvan klubu ilə qarşılaşır

Azərbaycan Basketbol Liqasında 10-cu tura bu gün start veriləcək.

Mediasport.az xəbər verir ki, 2025-ci ilin ilk qarşılaşmasında son çempion "Sabah"la "Naxçıvan" üz-üzə gələcək.

A qrupunun görüşü saat 19:00-da Bakı İdman Sarayında başlanacaq.

"Sabah" hazırda 17 xalla birinci, "Naxçıvan" 14 xalla ikincidir.

Turun digər matçları yanvarın 9-u, 11-i və 12-də keçiriləcək.