Azərbaycanlı futbolçular üçün Türkiyə Kubokunda 90 dəqiqə

 Azərbaycanlı futbolçular üçün Türkiyə Kubokunda 90 dəqiqə

Türkiyə Kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, bu gün Azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərlinin formasını geyindiyi "Ankaragücü" doğma meydanda "İskenderun"u qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Millimizin üzvləri də bu görüşün iştirakçısı olub.

Həm əsas millisinin hücumçusu Renat Dadaşov, həm də U-19-un üzvü Həsən Nəzərli matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.