Şahruddinin komandası daha bir futbolçu ilə vidalaşıb - RƏSMİ
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor"da növbəti ayrılıq yaşanıb.
Mediasport.az xəbər verir ki, Superliqa klubu norveçli Yonas Svenssonla anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verib.
O, Adana klubuna 2021-ci ilin yayında "Alkmaar"dan transfer edilmişdi.
30 yaşlı müdafiəçi bu müddətdə Türkiyə çempionatında 84 oyun keçirib, 1 qol vurub.