Ruanda millisinin daha bir üzvü Azərbaycanda oynayacaq - RƏSMİ
“Səbail” Ruanda millisinin üzvünü heyətinə qatıb.
Mediasport.az xəbər verir ki, Bayıl klubu İnnosent Nşuti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
26 yaşlı hücumçu Ruanda millisinin heyətində 10 qarşılaşmada 2 qola imza atıb.
"Dənizçilər" bunadək Marko Nikoliç və Mirabdulla Abbasovun keçidini həll edib.
Xatırladaq ki, Ruanda yığmasının digər üzvü Anj Mutsinzi "Zirə"də forma geyinir.