Bölgə klubu bu dəfə rumıniyalı futbolçu ilə müqavilə bağladı

Bölgə klubu bu dəfə rumıniyalı futbolçu ilə müqavilə bağladı

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Andrey-Kostin Tirkovaneunu heyətinə qatıb.

Rumıniyalı ilə il yarımlıq müqavilə imzalanıb. 27 yaşlı futbolçunun son klubu Kanadanın “Pasifik” olub.

Qeyd edək ki, Ayxan Abbasovun komandası daha əvvəl Cəlal Hüseynov, Murad Vəliyev və Vüsal Məsimovla güclənib.