Ukrayna klubu Azərbaycan millisinin futbolçusunu istəyir
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın Premyer Liqa klubu "Polessye”dən ayrıla bilər.
Mediasport.az xəbər verir ki, 23 yaşlı futbolçu Jitomir təmsilçisi ilə qış toplanışına yollanmayıb.
Ukrayna mətbuatı Mustafayevin Premyer Liqanın digər klubu “Çernomores”ə keçəcəyini yazır.
Bildirilir ki, Odessa təmsilçisi Emili mövsümün sonunadək icarəyə götürəcək.
Xatırladaq ki, Ukraynanın Kirovoqrad şəhərində anadan olmuş futbolçu 2024-cü ildən Azərbaycanın əsas yığmasında çıxış edir.