"Allahın köməyi ilə uğurlu olacağıq” - Milli komandanın yeni məşqçisi
Azərbaycan milli komandasının yeni məşqçisi Rəşad Eyyubov təyinatına münasibət bildirib.
Mediasport.az xəbər verir ki, yığmanın sabiq futbolçusu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
32 yaşlı mütəxəssisin sözlərinə görə, milli komandanın bir hissəsi olacağından məmnundur: “Bu, böyük bir məsuliyyətdir və Allahın köməyi ilə uğurlu olacağıq”.
O, 2018-ci ildə futbolçu olaraq başladığı “Sabah”la da vidalaşıb: “Onlarla uzun bir yol keçdik. Məşqçi olaraq bu klubdan ayrılıram. Bu təcrübəni paylaşdığım hər kəsə təşəkkür edirəm və dəstək üçün rəhbərliyə minnətdaram. Vida etmək və irəliyə baxmaq zamanı gəldi”.
Qeyd edək ki, Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib.
O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib.