"Sumqayıt"dan ayrılan braziliyalı futbolçu Superliqada azərbaycanlı ilə komanda yoldaşı oldu - RƏSMİ

"Sumqayıt"dan ayrılan braziliyalı futbolçu Superliqada azərbaycanlı ilə komanda yoldaşı oldu - RƏSMİ

“Sumqayıt”dan ayrılan Fernando Medeyros karyerasını yenidən Albaniyada davam etdirəcək.

Mediasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi daha əvvəl formasını geyindiyi “Eqnatiya”ya qayıdıb.

"Sambaçı" ilə 2027-ci il iyunun 30-dək müddəti əhatə edəcək müqavilə bağlanıb.

Xatırladaq ki, 28 yaşlı futbolçu “Sumqayıt”a məhz “Eqnatiya”dan gəlmişdi.

Superliqa təmsilçisində Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyev də çıxış edir.