AFFA gələn ay Bakıda UEFA-nın Pro Lisenziya kursunu təşkil edəcək
AFFA məşqçilər üçün UEFA-nın Pro Lisenziya kursu təşkil edəcək.
Mediasport.az xəbər verir ki, kurslar fevralın 24-də başlanacaq.
UEFA-nın Pro Lisenziya kursu modullar şəklində keçiriləcək və fasilələrlə bir il ərzində davam edəcək.
Təlimlərə A lisenziyası qüvvədə olan və yaşı 30-dan yuxarı mütəxəssislər qoşula bilər.
Kurslara qatılmaq üçün Premyer Liqa, I Liqa klublarında, Premyer Liqa klublarının əvəzedici və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsinə malik olmalıdır.