Raqif Abbasovun məhkəməsi fevralın 4-dək təxirə salındı

 Raqif Abbasovun məhkəməsi fevralın 4-dək təxirə salındı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Mediasport.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Eldəniz Qulamovun vəkili iştirak etməyib.

Rafiq Abbasovun vəkili Yusif Səmədov isə istintaq materilları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses fevralın 4-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.