Azərbaycan güləşçiləri beynəlxalq yarışda iki qızıl medal qazandılar
Qazaxıstanın Karaqanda şəhərində Sovet İttifaqı qəhrəmanı Nurken Abdirovun xatirəsinə həsr edilmiş sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi yarış keçirilib.
Mediasport.az xəbər verir ki, turnirdə 500-dən artıq idmançı mübarizə aparıb.
Qazaxıstan, Azərbaycan, Özbəkistan və Qırğızıstan komandalarının mübarizə apardığı yarışda ölkəmizi təmsil edən sərbəst güləşçilər uğurlu çıxış ediblər.
Nürəddin Novruzov (61 kq) və Abdulrəhman İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.