Fernando Santuşun azərbaycanlı köməkçisi məlum oldu - FOTO
“Sabah”ın məşqçilər korpusundan ayrılan Rəşad Eyyubovun yeni iş yeri müəyyənləşib.
Mediasport.az "Futbol+" qəzetinə istinadən xəbər verir ki, gənc mütəxəssis bundan sonra Azərbaycan milli komandasında baş məşqçi Fernando Santuşun köməkçisi olacaq.
Portuqaliyalı mütəxəssis aylardı boş qalan yerli mütəxəssis postunu onunla dolduracaq.
AFFA İcraiyyə Komitəsinin yaxınlarda keçiriləcək iclasında təqdimat reallaşacaq.
R.Eyyubov təyinatı barədə açıqlama vermək istəməyib: “Bu barədə şərh verə bilmərəm. Məndən xahiş ediblər. Bağışlayın...”.