Renat Dadaşovun komandası çətin "Trabzonspor" səfərində

Renat Dadaşovun komandası çətin "Trabzonspor" səfərində

Türkiyə Superliqasında 25-ci tura bu gün yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" səfərdə "Trabzonspor"un qonağı olacaq.

Yarışın turnir cədvəlində Hatay klubu 28 xalla 12-ci, Trabzson təmsilçisi 37 xalla 5-ci pillədə qərarlaşıb.

Türkiyə, Superliqa. 25-ci tur

18:00 "Trabzonspor" - "Hatayspor"

21:00 "Kayserispor" - "Beşiktaş"

21:00 "Samsunspor" - "Antalyaspor"