Mövsümün sürpriz komandası zirvədə, "Qarabağ"ın rəqibi 4-cüdür

Mövsümün sürpriz komandası zirvədə, "Qarabağ"ın rəqibi 4-cüdür

Cari mövsüm Avropanın TOP liqalarında ən çox qələbə qazanan komandaların adları açıqlanıb.

Mediasport.az xəbər verir ki, siyahıya mövsümün sürpriz komandası, La Liqa təmsilçisi "Jirona" başçılıq edir.

İkinci pillədə "İnter", üçüncü sırada Madrid "Real"ı qərarlaşıb.

Avrokuboklarda yeganə təmsilçimiz "Qarabağ"ın rəqibi "Bayer" (Leverkuzen) isə 4-cü sırada yer alıb.

2023/24 mövsümündə ən çox qələbə qazanan komandalar:

1. "Jirona" - 16 oyun, 13 qələbə (İspaniya, La Liqa);

2. "İnter" - 15 oyun, 12 qələbə (İtaliya, Seria A);

3. "Real" - 16 oyun, 12 qələbə (İspaniya, La Liqa);

4. "Bayer" - 14 oyun, 11 qələbə (Almaniya, Bundesliqa);

5. "Atletiko" - 15 oyun, 11 qələbə (İspaniya, La Liqa);

6. "Yuventus" - 15 oyun, 11 qələbə (İtaliya, Seria A);

7. PSJ - 15 oyun, 11 qələbə (Fransa, Liqa 1);

8. "Arsenal" - 16 oyun, 11 qələbə (İngiltərə, Premyer Liqa);

9. "Liverpul" - 16 oyun, 11 qələbə (İngiltərə, Premyer Liqa);

10. "Aston Villa" - 16 oyun, 11 qələbə (İngiltərə, Premyer Liqa).


Rövşən