58 ildən sonra...

58 ildən sonra...

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Napoli"yə böyük hesabla (1:6) məğlub olan "Ayaks" anti-rekordla yadda qalıb.

MediaSport.az xəbər verir ki, Niderland klubu 1964-cü ildən bu yana ən böyükhesablı məğlubiyyətini alıb.

Amsterdam təmsilçisi sonuncu dəfə 58 il bundan öncə ölkə çempionatında əzəli rəqibi "Feyenoord"a 5 top fərqi ilə uduzmuşdu - 4:9.