Fərid Əlibabazadə Qazaxıstanda "Oktaqon" liqasında çempion oldu
Qazaxıstanın Almatı şəhərində MMA üzrə "Oktaqon" liqasının döyüşləri keçirilib.
Mediasport.az xəbər verir ki, Azərbaycan idmançısı Fərid Babazadə kəmər uğrunda mübarizədə qazaxıstanlı Askar Jaksilikova qalib gələrək çempion adını qazanıb.
57 kq çəki dərəcəsində yarışan təmsiçimiz rəqibini 5-ci mərhələdə boğucu fəndlə məğlub edib.
Qeyd edək ki, Əlibabazadə keçirdiyi 17 görüşün 10-da qələbə qazanıb, 7-də uduzub.