"Yurqorden" 2-ci Liqa klubuna uduzub, Musa 1 hissə oynayıb

"Yurqorden" 2-ci Liqa klubuna uduzub, Musa 1 hissə oynayıb

Azərbaycan milli komandasının futbolçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" yeni mövsümün hazırlığı çərçivəsində yoxlama matçı keçirib.

Mediasport.az xəbər verir ki, Stokholm təmsilçisi 2-ci Liqa klubu "Myallbü" ilə qarşılaşıb.

Görüş "Yurqorden"in məğlubiyyəti ilə yekunlaşıb - 0:1.

23 yaşlı forvard meydana fasilədən sonra daxil olub.