Mahir üçün 12 dəqiqə və "sülh"

Mahir üçün 12 dəqiqə və "sülh"

Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilir.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su doğma meydanda “Qoritsa” ilə qarşılaşıb.

26 yaşlı futbolçumuzun komandası qolsuz bərabərliyə razılaşıb. Mahir meydana 78-ci dəqiqədə çıxıb.

“Dinamo” 3 turdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.