"Pünik"in futbolçusu Bakıya gəlir
İyunun 17-də Bakıda qonaq olacaq futbol üzrə Estoniya milli komandasının heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, baş məşqçi Tomas Heberli AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində "Dalğa Arena"da yığmamız, 3 gün sonra isə evdə Belçika ilə matçlar üçün heyətə 25 futbolçu dəvət edib.
Qapıçılar: Karl Yakob Heyn ("Arsenal", İngiltərə), Matvey İqonen ("Podbeskidze", Polşa), Karl Andre Vallner ("Levadiya");
Müdafiəçilər: Tayo Teniste ("Tammeka"), Karol Mets (“Sankt-Pauli”, Almaniya), Yoonas Tamm (“Styaua”, Rumıniya), Nikita Baranov ("Pünik", Ermənistan), Myarten Kuusk, Mixael Lilander, Marko Lukka (hamısı "Flora"), Rasmus Petson, Edqar Tur (hər ikisi "Levadiya");
Yarımmüdafiəçilər: Konstantin Vasilyev, Martin Miller (hər ikisi “Flora”), Mattias Keyt (“Rapid” Buxarest, Rumıniya), Vlasiy Sinyavski (“Slovaçko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunev (SPAL, İtaliya), Rokko-Robert Şeyn (“Utrext”, Niderland), Martin Vetkal (“Roma”, İtaliya);
Hücumçular: Henri Anier (klubsuz), Sten Reynkort, Henrik Oyamaa (hər ikisi “Flora”), Rauno Sappinen (“Stal”, Polşa), Erik Sorqa (“Lokomotiv” Plovdiv, Bolqarıstan).