"Yaxşı oyun göstərməyə, həm də qələbə qazanmağa çalışacağıq"

"Yaxşı oyun göstərməyə, həm də qələbə qazanmağa çalışacağıq"

"Fərqli futbol mədəniyyəti olan komanda ilə oynayacağıq. Yaxşı təcrübə olacaq"

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə deyib.

Müdafiəçi "FİFA series - Edition 2024" layihəsi çərçivəsində Monqolustan yığması ilə matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Mustafazadə hazırlıqların qaydasında getdiyini vurğulayıb:

"Hər şey qaydasında gedir, plana uyğun çalışmalarımızı davam etdiririk. Qarşıdakı 2 matçda həm yaxşı oyun göstərməyə, həm də qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan - Monqolustan qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Millimiz martın 25-də eyni saatda-eyni məkanda Bolqarıstan futbolçularını qəbul edəcək.