Nail Kərimovdan vida paylaşımı

Nail Kərimovdan vida paylaşımı

Nail Kərimovun bir neçə gün öncə "Qəbələ" İdman Klubunun baş meneceri vəzifəsindən getdiyini xəbər vermişdik.

Funksioner sosial şəbəkə hesabında vida mesajı paylaşıb.

2006-cı ildən Qəbələ təmsilçisində çalışmış mütəxəssis klubun tezliklə düşdüyü çətin vəziyyətdən çıxacağına inandığını qeyd edib:

"Böyüdüyüm, öyrəndiyim, 17 ildən çox birlikdə olduğum "Qəbələ" İK ailəsindən ayrıldım. Bu uzun müddətdə yollarımın kəsişdiyi hər bir kəsə, xüsusən də Fariz müəllimə təşəkkür edirəm. İnanıram ki, klub və komanda bu çətin vəziyyətdən tezliklə çıxacaq və yenə də ölkə futbolunun liderləri sırasına qoşulacaq!".

Mediasport.az