Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılır
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün püşkü atılacaq.
Mediasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutacaq tədbir saat 15:00-da başlanacaq.
Sayca 33-cü Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq:
“Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”.
Liqanın son qalibi "Qarabağ"dır.
Xatırladaq ki, yarışda yeni mövsüm avqustun 2-də start götürəcək.