"Qəbələ"də gözlənilməz ayrılıq!
"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, funksioner öz istəyilə klubdan gedib.
2021-ci ilin dekabrından bu vəzifəni tutan N.Kərimov 2006-cı ildən Qəbələ təmsilçisində çalışırdı.
O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
"Qəbələ" İK Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.