"Qarabağ" - "Neftçi" görüşünün biletləri satışa çıxarıldı

"Qarabağ" - "Neftçi" görüşünün biletləri satışa çıxarıldı

ərbaycan Premyer Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Matç sentyabrın 20-də, saat 20:00-da start götürəcək.