"Neftçi" dünyanın ən güclü üç komandasından biridir - SİYAHI

"Neftçi" dünyanın ən güclü üç komandasından biridir - SİYAHI

Qadınlardan ibarət 3X3 “Neftçi” basketbol komandası dünya reytinqində üçüncü pillədə qərarlaşıb.

Mediasport.az xəbər verir ki, Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla güclülər sırasındadır.

30 komandanın yer aldığı reytinqə 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) ikincidir.


İlk “10-luq”da yer alan komandalar

1. Kanada - 628,222

2. Çin - 591,292

3. “Neftçi” (Azərbaycan) - 543,813

4. ABŞ - 409,451

5. Fransa - 407,802

6. Almaniya - 383,461

7. İspaniya - 369,706

8. “Yuanda” (Çin) - 345,176

9. Niderland - 335,568

10. “Düsseldorf” (Almaniya) - 319,771