NTD liderliyini qorudu
Azərbaycan Basketbol Liqasında (ABL) XXIV tura yekun vurulub.
mediasport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.
Astara təmsilçisi "Zirvə" NTD-ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb - 92:112. Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Darin Conson (30 xal, 6 ribaund), NTD-dən isə Brayson Robinson (17 xal, 8 asist) olub.
"AAAF Xırdalan" - "Gəncə" duelində də qələbəni qonaq komanda bayram edib - 94:83. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"ın heyətində Deymon Makdouel (21 xal, 4 ribaund), "Gəncə"dən isə Amil Həmzəyev (24 xal, 6 ribaund) olub.
24 turdan sonra NTD 42 xalla vahid liderdir. 1 xal az toplamış "Sabah" və "Gəncə" basketbolçuları 2-3-cü yerləri bölüşdürürlər.
NTD BK
|
24 | 18 | 6 | 2154:1935 (+219) | 42 |
Sabah BK
|
24 | 17 | 7 | 1954:1814 (+140) | 41 |
Gəncə BK
|
24 | 17 | 7 | 2067:1946 (+121) | 41 |
AAAF Xırdalan BK
|
24 | 16 | 8 | 2071:1980 (+91) | 40 |
Sərhədçi PİK
|
24 | 14 | 10 | 2049:1953 (+96) | 38 |
Neftçi İK
|
24 | 8 | 16 | 1900:1984 (-84) | 32 |
Zirve Astara BK
|
24 | 4 | 20 | 1979:2168 (-189) | 28 |
Olimpik Şəki BK
|
24 | 2 | 22 | 1845:2239 (-394) | 26 |