"Gəncə" klubunun üzvü mövsümün sonunadək sıradan çıxıb - RƏSMİ
"Gəncə" basketbol klubu ciddi itki ilə üzləşib.
Mediasport.az xəbər verir ki, qərb təmsilçisinin amerikalı üzvü Kenyon Dulinq sıradan çıxıb.
Azərbaycan Basketbol Liqasının 11-ci turunun “Xəzri” ilə oyununda zədə alan oyunçu mövsümü vaxtından əvvəl başa vurub.
MRT müayinəsindən keçən amerikalının dirsəyində qırıq aşkarlanıb. Onun müalicəsi vətənində aparılacaq.