Dünya çempionatı-2027: Yığma komandamız Kosovonu qəbul edir

 Dünya çempionatı-2027: Yığma komandamız Kosovonu qəbul edir

Tarixində ilk dəfə basketbol üzrə dünya çempionatlarının seçmə mərhələlərində mübarizə aparan Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, DÇ-2027-nin I qrupunda yarışan Tahir Baxşıyevin komandası Bakıda Kosovo yığması ilə qarşılaşacaq.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 14:00-da başlanacaq.

Qeyd edək ki, basketbolçularımız qrupun ilk duelində səfərdə İsveçrəyə məğlub olublar (53:72).

Qrupumuzda İrlandiya seçməsi də yer alıb.