"Neftçi" ilə Azərbaycan çempionu oldu, 15-ci dəfə klubunu dəyişdi
2020/2021-ci illər mövsümündə "Neftçi"nin heyətində 18 oyun keçirmiş və Azərbaycan çempionu olmuş Tallisson Dias növbəti dəfə klub dəyişib.
mediasport.az xəbər verir ki, 32 yaşlı braziliyalı müdafiəçi 2012-2014-cü illərdə peşəkar futbolçu kimi formasını geyinməyə başladığı ilk klubu ASA-ya geri dönüb.
Keçmiş komandasına 3-cü dəfə qayıdan "sambaçı" son 2 ildə dördüncü, karyerasında isə 15-cı dəfə iş yerini dəyişib. Dias "Neftçi"dən ayrıldıqdan sonra “Santo Andre”, ASA və “Portugeza"da çıxış edib.