Azərbaycan Kubokunda I mərhələnin oyun cədvəli açıqlanıb

Azərbaycan Kubokunda I mərhələnin oyun cədvəli açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunun 2023/2024 mövsümünün I təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.

Mediasport.az xəbər verir ki, qarşılaşmalar noyabrın 18-20-də keçiriləcək.

Mərhələnin bütün matçları Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalı vasitəsilə canlı yayımlanacaq.


Azərbaycan Kuboku. I təsnifat mərhələsi


18 noyabr (şənbə)


13:00. “Füzuli” – “Lerik”

“ASK Arena”

13:00. “Qusar” – “Şahdağ Qusar”

“Kapital Bank Arena” (ehtiyat meydan)

14:30. “Göygöl” – “Dinamo”

Göygöl OİK stadionu


19 noyabr (bazar)


14:00. “Ağdaş” – “Cəbrayıl”

Ağdaş şəhər stadionu

14:00. “Sheki City” – “Kür-Araz”

Şəki şəhər stadionu

14:30. “Baku Sportinq” – “Kürmük”

Binə qəsəbə stadionu


20 noyabr (bazar ertəsi)


14:30. “Şəfa” – “Şəmkir”

Binə qəsəbə stadionu