"Neftçi"dən çətin səfər qələbəsi - Premyer Liqada 17-ci tur yekunlaşdı

"Neftçi"dən çətin səfər qələbəsi - Premyer Liqada 17-ci tur yekunlaşdı

Azərbaycan Premyer Liqasında 17-ci tura bu gün keçiriləcək bit oyunla yekun vurulub.

mediasport.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Neftçi"ni qəbul edib.

Əsasən üçüncü yer uğrunda yarışan "Zirə" və "Qəbələ", həmçinin çempionluğa iddialı "Sabah"ın hesab turunda xal itirdiyini nəzərə alsaq, qələbə "Neftçi"yə hər mənada hava-su qədər vacibidi.

Adı Rumıniya klubları ilə gündəmdən düşməyən Laurentsiu Regekampfın qeyri-sabit komandası Tovuzdan 3 xalla qayıtmaqla, həm ikinci pillədəki Masazır təmsilçisi ilə aradakı xal fərqini bir qədər azaldıb, həm də aşağı sıralarda qərarlaşan "Zirə" və "Qəbələ"dən bir o qədər uzaq düşüb.


Premyer Liqa. 17-ci tur

15 dekabr (cümə axşamı)

14:30. “Turan Tovuz” – “Neftçi” 0:1

Qol: Emin Mahmudov 73-pen.

Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.
"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli. 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
​Baş məşqçi: Laurentsiu Regekampf.

1 Qarabağ 17 15 2 0 45-8 47
2 Sabah 17 12 4 1 34-13 40
3 Neftçi 17 11 2 4 32-19 35
4 Zirə 17 8 3 6 18-22 27
5 Qəbələ 17 7 3 7 20-18 24
6 Turan Tovuz 17 4 4 9 11-22 16
7 Şamaxı 17 2 7 8 14-25 13
8 Sumqayıt 17 2 6 9 10-24 12
9 Kəpəz 17 2 5 10 14-33 11
10 Səbail 17 2 4 11 13-27 10

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 13 qol

Musa Qurbanlı ("Qarabağ") - 11 qol

Emin Mahmudov ("Neftçi") - 10 qol

Coy Lens Mikels ("Sabah") - 8 qol