"Səbail" "Turan Tovuz"la, "Sabah" "Kəpəz"lə bərabərə qaldı
Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, bu gün iki görüş baş tutub.
Hər iki matçda bərabərlik qeydə alınıb.
Sabah son oyun günündə "Araz-Naxçıvan" "Sumqayıt"la, "Qarabağ" "Zirə" ilə qarşılaşacaq.
Xatırladaq ki, turun açılış matçında - "Neftçi" - "Şamaxı" (2:2) duelində qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası. 13-cü tur
"Səbail" - "Turan Tovuz" 1:1
Qollar: Rüfət Abdullazadə, 41 - Faiq Hacıyev, 86.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
"ASCO Arena".
“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 21. Ayman Bouali, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 36. Azad Əsgərov, 10. David Qomis, 44. Amir Bilali.
Məşqçi: Elvin Məmmədov.
"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 80. Otto Con.
Baş məşqçi: Kurban Berdiyev.
"Sabah" - "Kəpəz" 2:2
Qollar: Orxan Əliyev, 23-avtoqol, Kahim Parris, 74 - Orxan Əliyev, 4, Nicat Süleymanov, 90.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
"Bank Respublika Arena".
"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 6. Abdullax Xaibullayev, 7. Boyan Letiç, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
"Kəpəz": 1. Rojerio Santos, 11. Orxan Əliyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Kvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 17. Ümid Səmədov, 97. Nicat Məmmədov, 10. Karim Lkouça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.